Amerika rəsmisi: “İran tankerinə yardım edən hər kəsə qarşı tədbir görəcəyik”

Amerika rəsmisi: “İran tankerinə yardım edən hər kəsə qarşı tədbir görəcəyik”

GünazTV: Amerika Dövlət Departamentinin adının açıqlanmasını istəməyən bir rəsmisi avqustun 22-də “Röyters” agentliyinə açıqlamasında İranın “Adrian Dərya 1” (keçmiş “Grace 1” neft tankerinə hər hansı bir yardım göstərilməsi barədə dünya gəmiçilik sektoruna xəbərdarlıq bildirib.

 

O deyib ki, Amerika Birləşmiş Ştatları tətbiq etdiyi sanksiyaları tam gücü ilə icra edəcək və bununla da özəl sektorun İranın “Adrian Dərya 1” (keçmiş Grace 1) neft tankerinə yardım göstərməsinin qarşısını alacaq: “Biz gəmiçilik sektoruna xəbərdarlıq edərək bildiririk ki, Amerika Birləşmiş Ştatların qoyduğu sanksiyaları qəti şəkildə icra edəcəyik. Biz həm də İran tankerinə yardım edən hər kəsə qarşı tədbir planı həyata keçirəcəyik.

 

Hesab edirik ki, özəl gəmişilik sektorunda fəaliyyət göstərənlər ehtiyatlı tərpənməli, istər birbaşa, istərsə də dolayısı yolla sanksiyaya məruz qalan tərəflərlə ticarət əlaqələri qurmadıqlarından və ya onlara şərait yaratmadıqlarından əmin olmalıdırlar” –deyə Amerika Dövlət Departamentinin rəsmisi xəbərdarlıq edib.

 

İranın “Adrian Dərya 1” (keçmiş “Grace 1”) neft tankeri 45 gün Cəbəlüttariqdə saxlandıqdan sonra bir neçə gün əvvəl azad edilib. Gəmi hazırda Yunanistana doğru hərəkət edir və onun bu ölkənin Kalamata limanında lövbər salacağı təxmin edilir.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəlüttariq hökumətinin rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab olaraq, Hörmüz boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN