Amerika-Rusiya arasındakı diplomatik gərginlik artır - Bayraqlar çıxarıldı

Amerika-Rusiya arasındakı diplomatik gərginlik artır - Bayraqlar çıxarıldı

GünAz TV: Vaşinqtonda bağlanmış ticarət nümayəndəliyinin üzərindən Rusiya bayrağı çıxarılıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Rusiyanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyinin mətbuat katibi Nikolay Laxonin faktı təsdiqləyib.

 

Bundan əvvələ San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb. Bununla əlaqədar Rusiya səfirliyi ABŞ tərəfinə etirazını bildirib, bayraqların yerinə qaytarılmasını tələb edib.

 

Məlumata görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

 

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN