Amerika Rusiya ilə hərbi əməkdaşlığa qadağa qoydu

Amerika Rusiya ilə hərbi əməkdaşlığa qadağa qoydu

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı ölkənin 2017-ci il müdafiə büdcəsi layihəsini qəbul edib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, layihə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rusiya ilə əməkdaşlıq etməyi qadağan edir.

 

Büdcə layihəsini daha əvvəl Konqresin Nümayəndələr Palatası bəyənib. Layihəyə əsasən, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırana kimi, Pentaqon Rusiya ilə əməkdaşlığa maliyyə vəsaiti ayırmayacaq.

 

Bundan başqa, layihə işğal edilmiş Krım yarımadası üzərində Rusiyanın suverenliyini qanuniləşdirən hər hansı fəaliyyətin maliyyələşdirilməsini qadağan edir.

 

Büdcə layhəsinə əsasən, 2017-ci ildə Ukraynaya 350 milyon dollar hərbi yardım veriləcək. 2016-cı ildə bu rəqəm 300 milyon dollar idi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN