Amerika səfirliyi bu gün Qüdsə köçürüləcək

Amerika səfirliyi bu gün Qüdsə köçürüləcək

GünAz TV: Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Təl-Əvivdəki səfirliyi Qüdsə köçürülücək.

 

Diplomatik nümayəndəliyin Qüdsün Arnon məhəlləsində yerləşən Amerika konsulluğuna köçürülməsi üçün bütün hazırlıq işləri tamamlanıb. Təntənəli mərasimə İsraildə akkreditə olunmuş səfirlərin hamısı dəvət olunub. Lakin 86 ölkədən yalnız 34-ü mərasimdə iştirak edəcəyini açıqlayıb. Tədbirdə iştirak etmək üçün ABŞ prezidentinin qızı və kürəkəni İvanka Tramp və Cared Kuşner Qüdsə gəliblər. ABŞ-ın nümunəsini təkrarlayaraq səfirliklərini Qüdsə köçürmək barədə qərar qəbul edən Qvatemala və Paraqvay prezidentləri də mərasimə qatılacaqlar. İsrailin baş naziri Binyamin Netanyahu isə bütün ölkələri səfirliklərini Qüdsə köçürməyə çağırıb.

 

ABŞ prezidenti Donald Trampın mərasim iştirakçılarına vidiekonfrans vasitəsilə müraciət edəcəyi bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN