Amerika Senatından yeni qanun - "Ərdoğanın mühafizəçilərinə silah satılmasın"

Amerika Senatından yeni qanun -

GünAz TV: Amerika hökumətinin Türkiyə prezidenti Ərdoğanın mühafizəçilərinə silah satışını qadağan edən qanun layihəsi təsdiqlənib.

 

Senatın bu qərarı ilə 1.2 milyon dollarlıq müqavilə də ləğv edilib. Ərdoğanın mühafizəçiləri üçün nəzərdə tutulan müqaviləyə əsasən Nyu Hempşirdəki silah şirkətindən 1.2 milyon dollarlıq silah alınmalı idi. Müqavilə müddətsiz olaraq ləğv edilib.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) mətbuatına əsasən may ayında Ərdoğanın Vaşinqtona səfəri zamanı PKK tərəfdarları ilə mühafizə xidmətinin əməkdaşları arasında baş verən davadan sonra bu müqavilə təxirə salınmışdı. olke.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN