Amerika Senatının komitələri Türkiyəni Rusiyadan "S-400" kompleksi almamağa çağırıb

2019-05-24

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Silahlı Qüvvələr Komitəsi Türkiyənin “F-35” tipli qırıcıların birgə istehsalı ilə bağlı proqramda iştirakının davam etməsi üçün şərt irəli sürüb.


"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, komitə ABŞ-ın 2020-ci il üzrə 750 milyard dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib.


Layihəyə əsasən, rəsmi Ankara Rusiyadan “S-400” zenit-raket kompleksi almaqdan imtina etməyəcəyi halda, Türkiyənin “F-35” qırıcı təyyarələri layihəsində iştikarına son veriləcək.


Türkiyə ilə yanaşı, daha 9 ölkə “F-35” qırıcılarının istehsalında iştirak edir. Türkiyə ABŞ-dan 100 bu tip qırıcı almaq niyyətindədir.
ABŞ-ın erməni və yunan icmalarının nümayəndələri Senatın Silahlı Qüvvələr Komitəsinin qərarını alqışlayıb.


2020-ci ilin büdcə layihəsi üçün nəzərdə tutulan layihə respublikaçıların çoxluq təşkil etdiyi Senatda qəbul edildikdən sonra Konqresin Nümayəndələr Palatası da layihə barədə müsbət rəy verməlidir. Bu iki mərhələni keçdikdən sonra icra üçün sənəd ABŞ prezidenti tərəfindən imzalanmalıdır.


Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər üzrə komitəsi mayın 21-də Rusiyadan “S-400” kompleksinin satın alacağı təqdirdə Türkiyənin “F-35” proqramından çıxarılması barədə qərar layihəsini qəbul edib.


Xatırladaq ki, rəsmi Vaşinqton NATO-nun təhlükəsizliyini təhdid etdiyi üçün Türkiyəni “S-400” zenit-raket sisteminin almaqdan çəkindirməyə çalışır. Rəsmi Ankara isə bu məsələnin bitidiyini bəyan edir. Türkiyə “S-400”lə bağlı təlim keçmək üçün hərbi mütəxəssislərini artıq Rusiyaya göndərib.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29

gun az article

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2020-05-29

gun az article

Sərdəştdə baş verən silahlı qarşıdurmada milliyyətcə azərbaycanlı olan 3 sərhədçi həlak olub (Xəbər yenilənib)

2020-05-29

gun az article

Tehranda “yasaq” olunmuş kitabları satan 11 nəfər həbs edilib

2020-05-28