Amerika “Sepah”ın Yəməndəki komandanlarından olan Əbdülrza Şəhlayi barədə informasiya verənlərə 15 milyon dollar mükafat təyin edib

Amerika “Sepah”ın Yəməndəki komandanlarından olan Əbdülrza Şəhlayi barədə informasiya verənlərə 15 milyon dollar mükafat təyin edib

GünazTV: Amerikanın Dövlət Departamenti “Sepah” terror təşkilatının “Qüds” briqadasının Yəməndəki komandanlarından biri olan Əbdülrza Şəhlayi və onun fəaliyyəti barədə informasiya verənlərə 15 milyon dollar mükafat təyin edib.

Bu barədə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk dekabrın 5-də jurnalistlərə açıqlamasında məlumat verib.

Huk deyib ki, Dövlət Departamentinə məsələ ilə bağlı daxil edilən məlumatlar “Sepah”ın və Əbdülrza Şəhlayinin fəaliyyətini işıqlandırmalıdır: “Əbdülrza Şəhlayinin beynəlxalq səviyyədə amerikalılara və bizim müttəfiqlərimizə qarşı hücumlarda uzunmüddətli stajı var. “Sepah”ın Yəməndəki komandanlarından biri olan Əbdülrza Şəhlayi İraqda koalisiya qüvvələrinə qarşı bir neçə sui-qəsd planının hazırlanmasında iştirak etmiş, ekstremist şiə qruplaşmalarını silah və partlayıcı maddələrlə təmin etmiş, 2007-ci ilin yanvar ayının 20-də Kərbəlada 5 Amerika əsgərinin ölümü və 3-ünün yaralanması ilə nəticələnən hücum planını hazırlamışdır.

Əbdülrza Şəhlayi həmçinin 2011-ci ildə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri olan Adil əl Cübeyrə qarşı sui-qəsd planını hazırlayan şəxslərdən biridir” –deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk bəyan edib.

ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN