Amerika Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqləyib

Amerika Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqləyib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti raket əleyhinə THAAD sistemlərinin Səudiyyə Ərəbistanına satışına razılıq verib.

 

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentin bəyanatında deyilir. Məlumata əsasən, müqavilənin məbləği 15 milyard təşkil edir. 

 

Bu ilin mayında Ər Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan  bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və körfəz regionunda təhlükəsizliyin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əs Səudun 2018-ci ilin əvvəlində ABŞ-a rəsmi səfəri nəzərdə tutulub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN