Amerika Suriyada qalacağını açıqladı

Amerika Suriyada qalacağını açıqladı

GünAz TV: İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq.


"Report"un yaydığı məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.


"İŞİD darmadağın edilib. Hərbçilərimiz evə qayıdırlar. Ancaq biz İŞİD-in iyrənc sifətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacağıq. Əsgər və koalisiyadakı tərəfdarlarımızın əldə etdikləri nailiyyətləri qoruyacağıq", - o vurğulayıb.


Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədən bəhs etməyib.


Xatırladaq ki, yanvarın 16-da Suriyanın Menbiç bölgəsində törədilən partlayış nəticəsində 4-ü ABŞ hərbçisi olmaqla 15 nəfər ölüb. Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN