Amerika Türkiyəni S-400 almağı təxirə salmağa çağırıb

Amerika Türkiyəni S-400 almağı təxirə salmağa çağırıb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını təxirə salmağı təklif edib.

 

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda Ankara Vaşinqtonun yeni təklifini nəzərdən keçirir.

 

Bildirilir ki, ABŞ Türkiyəni S-400 almağı 2020-ci ilə qədər təxirə salmağa çağırıb.

 

Bununla yanaşı, ABŞ-da hesab edirlər ki, bu qərar gərginliyin azaldılmasına kömək edəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN