Amerika və onun ərəb müttəfiqləri Talibanla əlaqədə olan “Sepah”ın “Qüds” qanadının 2 zabitinə sanksiya qoyub

Amerika və onun ərəb müttəfiqləri Talibanla əlaqədə olan “Sepah”ın “Qüds” qanadının 2 zabitinə sanksiya qoyub

 GünAzTV: Amerika və onun ərəb müttəfiqləri Əfqanıstandakı Taliban terrorçuları ilə əlaqədə olan “Sepah”ın “Qüds” qanadı qüvvələrinin 2 zabitinə sanksiya qoyduğunu açıqlayıb. Bu barədə Amerika Maliyyə Nazirliyi oktyabrın 23-də bəyanat yayıb.

 

2 “Sepah” zabitinə sanksiya qoyulması xəbərinin yayılması, ABŞ maliyyə naziri Stiven Mnuçinin “Terrorizm Himayədarlarına Qarşı Mübarizə Mərkəzi” qurumuna üzv ölkə başçılarının Ər-Riyadda keçirilən toplantısına qatılmaq üçün Səudiyyə Ərəbistanına səfəri zamanına təsadüf edib. Amerika, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Qətər bu qurumun üzvləridir.

 

 

ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, “Sepah”ın “Qüds” qanadı qüvvələrinin Bircənd şəhərindəki zabitlərindən olan Məhəmməd İbrahim Ohədi (Calal Vahidi) və İsmayıl Rəzəvi, Talibançılara informasiya və maliyyə yardımı göstərilməsində, İrandan onlara silah və hərbi avadanlıq göndərilməsində əsas rol oynayıblar: “Calal Vahidi ötən il Əfqanıstanın Hərat şəhərində Taliban komandirlərindən olan Abdulla Səməd Faruqi ilə görüşərək, ona maliyyə və hərbi yardım vədi verib.

 

Onlar arasında razılaşma isə İranın Bircənd şəhərində əldə edilib. Razılaşmaya əsasən, “Sepah”ın “Qüds” qanadı, Abdulla Səməd Faruqinin tabeliyində olan Taliban qüvvələrinə maliyyə və hərbi yardımı göstərməli, onlar isə bunun müqabilində Əfqanıstan hökumətinin Hərat şəhərindəki həssas qurumlarına hücum etməli idilər”.

 

Bəyanatda həmçinin bildirilir ki, Amerika və onun müttəfiqləri talibançılarla əməkdaşlıq edən daha 7 tanınmış terrorçuya da sanksiya qoyub. Həmin terrorçulardan 3-2 Pakistan, 4-ü isə Əfqanıstan vətəndaşlarıdır.

 

Əfqanıstanda Taliban terrorçuları

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN