Amerika və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər

Amerika və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər

GünAz TV: “Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur”.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı (APEC) sammitində bir araya gələn Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya prezidentlərinin birgə bəyanatında qeyd edilib.

 

Vladimir Putinin sözçüsü Dimitri Peskov bildirib ki, liderlər sammit çərçivəsində bir araya gələrək Suriya məsələsinə dair birgə bəyanatla çıxış etməyə razılıq veriblər.

 

Tərəflər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.

 

Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib. Bütün tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN