Amerika və Rusiya rəsmiləri Bakıda görüşür

Amerika və Rusiya rəsmiləri Bakıda görüşür

GünAz TV: Azərbaycan prezidenti rusiyalı həmkarı ilə görüşmək üçün Bakıya gəlmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Baş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph F. Dunford-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.  

  

Prezidentin mətbuat xidməti bildirir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin (hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik) "uğurlu inkişaf etdiyi" qeyd edilib.

 

Həmçinin onun səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

 

Cənab Dunford Azərbaycana beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

 

ABŞ rəsmisi Bakıya rusiyalı həmkarı general Valeriy V. Gerasimov ilə müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin mövcud durum və yanlış və potensial böhranların qarşısının alınması üçün hərbi idarələri arasında ardıcıl və dəqiq kommunikasiya əhəmiyyətini müzakirə edəcəklər, Pentaqonun bəyanatında deyilir.

 

New York Times qəzeti isə əlavə olaraq yazıb ki, generallar Rusiyanın şərqi Ukraynada gərginlik fonunda Amerika hərbi gəmilərinə hücumu və Moskvanın tarixi silahlara nəzarət müqaviləsi pozmasına dair hərbi dialoqu yeniləmək məqsədilə müzakirələr aparacaqlar.

 

Bu, 2014-ci ildən bəri Vaşinqton və Moskvadan hərbi rəislərin ilk təkbətək görüşüdür. General Dunford bundan əvvəl general Gerasimov ilə telefonda danışıb.

 

Qəzet yazır ki, onların görüşünün təşkili də asan olmayıb. Belə ki, ruslar general Dunford-dan Moskvaya və ya Belorusa gəlməyi xahiş edib, Pentaqon isə görüşün qərbi Avropada keçməsini istəyib.

 

Lakin cənab Gerasimovun Rusiyanın Ukraynadakı hərəkətlərinə görə səyahət sanksiyası tətbiq edilmiş şəxslər siyahısında olması səbəbilə Bakı neytral məkan kimi seçilib. BBC

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN