Amerika və Şimali Koreya liderləri tarixi görüş üçün Sinqapura gedib

Amerika və Şimali Koreya liderləri tarixi görüş üçün Sinqapura gedib

GünAz TV: Şimali koreya lideri Kim Cong Un və Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp artıq Sinqapurdadır.

 

Şimali Koreya lideri Çin təyyarəsi ilə bazar günü gönorta saatlarında Çanqi hava limanına çatıb.

 

Kimin Çin təyyarəsi ilə səfəri Pxenyanın Sinqapura birbaşa uçacaq təyyarəyə malik olmamasına dair şayiələrə səbəb olub.

 

Müxbirlər qara Mercedes-Benz limuzini ilə lüks St. Regison mehmanxanasına aparılan Kimin şəklini çəkə bilməyib.

 

Çoxsaylı turist və beynəlxalq media sammit keçiriləcək Sinqapura toplaşıb.

 

Kim Sinqapurun baş naziri tərəfindən qarşılanarkən kameralara tuş gəlib.

 

Kimdən bir neçə saat əvvəl o ölkəyə çatan ABŞ prezidenti Donald Tramp sabah Sinqapurun baş naziri Li Hsien Loonqla görüşməlidir.

 

Kim-Tramp görüşündə tərəflərin hər hansısa təkliflə çıxış edəcəyi və ya görüşün Şimali Koreyanın nüvə silahlarına son qoyacağı hələ bəlli deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN