Amerika və Türkiyə Mənbic üzrə razılığa gələ bilməyiblər

Amerika və Türkiyə Mənbic üzrə razılığa gələ bilməyiblər

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər.


 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.   


 
“Razılaşmaya nail olunmayıb”, - deyə X.Nauert jurnalistlərə bildirib.  


 
Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ  kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır. 

   
N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN