Amerika xarici şirkətlərə İranla sivil nüvə proqramı çərçivəsində əməkdaşlıq etmələri üçün verdiyi güzəşti ləğv edib

Amerika xarici şirkətlərə İranla sivil nüvə proqramı çərçivəsində əməkdaşlıq etmələri üçün verdiyi güzəşti ləğv edib

GünAz TV: Amerika Birləşmiş Ştatları xarici şirkətlərə İranla Fordo Nüvə Kompleksində sivil nüvə proqramı çərçivəsində tanıdığı güzəşti ləğv edib.

 

Bunu Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ötən gün axşam saatlarında keçirdiyi mətbuat konfransında bəyan edib.

 

Pompeo İranın Fordo təsisatında uranı zənginləşdirmək istiqamətində atdığı son addımları beynəlxalq ictimaiyyətə qarşı rekertlik adlandırıb və qəbul etdikləri qərarın dekarın 15-də qüvvəyə minəcəyini bildirib.  

 

O, bu qərarın Buşehr Atom Elektrik Stansiyası və Ərak Ağır Su Reaktoruna da şamil edilib- edilməyəcəyilə bağlı heç nə deməyib.

 

Fordo zavodunda görülən işlərdə xarici şirkətlərin İranla əməkdaşlıq etməsinə verilən güzəşt ABŞ-ın bu ölkənin sivil nüvə təsisatına tanıdığı 4 güzəştdən biri idi. ABŞ sonuncu dəfə noyabr ayının 1-də güzəşt müddətini uzatmışdı.

 

Rəsmi Vaşinqton bildirirdi ki, sivil nüvə fəaliyyəti sahəsinə sanksiyaların tətbiq edilməməsi və xarici şirkətlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydalarına uyğun olaraq, bu istiqamətdə Tehranla əməkdaşlıq etməsinə şarait yaradılması İranın atom bombası əldə etməsinə maneə olmaq məqsədini güdür.

 

Bu xüsusda ABŞ-dan güzəşt alan Rusiya, Çin və Avropa İttifaqının şirkətləri idilər.

 

Pompeo sonda ölkəsinin İranla bütün qaranlıq məqamları və şübhələri aradan qaldıraca hərtərəfli razılaşma əldə etmək istədiklərini bir daha vurğulayıb.

 

Xatırladaq ki, İran noyabrın 6-da öz nüvə öhdəliklərini azaltmaq istiqamətində 4-cü addımı atdığını bəyan edərək, artıq uranın yüksək dərəcədə zənginləşdirilməsi üçün mütərəqqi sentrifuqalara qaz təzyiq edilməsi prosesinə başlayıb.

 

Ə.A  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN