Amerika, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimlər keçir

Amerika, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimlər keçir

GunAzTV: Amerika Birləşmiş Ştatları (ABŞ), Yaponiya və Cənubi Koreya Dəniz Qüvvələrinin Passifikin qərbindəki ortaq hərbi təlimləri davam edir.

 

 

Koreya Yarımadası ətrafında başlayan və Cənubi Koreyadan 7 donanma gəmisi ilə ABŞ donanmasından “US Nimitz”, “US Theodore Roosevelt”, “US Ronald Reagan” adlı üç qırıcı təyyarə gəmisi və 11 döyüş gəmisinin qatıldığı təlimlər sabaha qədər davam edəcək.

 

Təlimlər həm Pxenyan rəhbərliyinin nüvə və raket təxribatlarına qarşı daşındırıcılıq, həm də təcili vəziyyətlərdə lazım olan atəş gücünü təmin etməyə hazır olduğunu göstərmək məqsədi daşıyır.

 

Təlimlərdə diqqət çəkən məqam isə üç qırıcı təyyarə gəmisinin gəmin birlikdə təlimlər keçirməsi sıx görülən hallardan deyil. Bu şəkildə təlim ən sonuncu dəfə 2007-ci ildə Quam adasında keçiriln təlimlərdə edilmişdi.

 

Təlimlərdə havadan müdafiə etmə, dəniz qarovulu, dənizdə döyüşmək, müdafiə edici hava döyüşü və yaxın təmasda koordinasiyalı hərəkətlər edilib.

 

 

R.X

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN