“Amerika yenidən müharibələrdə zəfər çalacaq” – Donald Tramp

“Amerika yenidən müharibələrdə zəfər çalacaq” – Donald Tramp

GünAz TV: Müdafiə xərclərinin artırılması Amerika Birləşmiş Ştatları (ABŞ) ordusuna müharibələrdə yenidən qələbə qazanmaq imkanı yaradacaq.

 

Bunu prezident Donald Tramp Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı deyib.

 

Tramp bildirib ki, bununla Vaşinqton hərbi planlaşdırmanı xeyli asanlaşdırmaq niyyətindədir.

 

Ağ Ev rəhbəri Demokrat Partiyası tərəfdarlarının da bostanına daş atıb. Tramp onları siyasi mübahisələri qızışdırmaqda  ittiham edib. Prezidentin fikrincə, baş prokuror Ceff Seşns Rusiyanın rəsmi şəxsləri ilə əlaqələri barədə məlumata daha dəqiq yanaşa bilərdi. "Cef Seşns vicdanlı adamdır. O, pis bir söz deməyib. O, daha dəqiq cavab verə bilərdi, lakin belə bir niyyətinin olmadığı aydın görünür"- deyə Tramp vurğulayıb.

 

ABŞ-ın tikinti və şəhərlərin inkişafı nazirinin adı da məlumdur. Senat bu vəzifəyə  prezidentliyə keçmiş namizəd Ben Karsonun namizədliyini təsdiqləyib. Onun namizədliyini  58 senator səs dəstəkləyib, 41 nəfər isə əleyhinə səs verib. Beləliklə, Karson Tramp administrasiyasında yer alan ilk qaradərili olub. Energetika naziri postuna isə Texas ştatının sabiq qubernatoru Rik Perrinin namizədliyi təsdiqlənib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN