Amerikada Şimali Koreyaya məxsus gəmi həbs olunub

Amerikada Şimali Koreyaya məxsus gəmi həbs olunub

GünAz TV: Amerika Birləşmiş Ştatları hökuməti Şimali Koreyaya məxsus gəmini KXDR-ə (Koreya Xalq Demokratik Respublikası) qarşı sanksiyaları pozmaqda şübhəli bilərək həbs edib.

 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında məlumat dərc olunub.

 

Bildirilir ki, Şimali Koreyanın iri yük gəmilərindən olan "Wise Honest" KXDR-dən qanunsuz kömür ixracı və Şimali Koreyaya ağır texnika tədarükü üçün istifadə olunub.

 

"Wise Honest"ə göstərilən texniki xidmət, avadanlıq və təkmilləşdirmə işlərinə görə ödənişlər şübhəli olmayan ABŞ bankları vasitəsilə dollar valyutasında həyata keçirilib. Bu davranış uzun müddətdir ABŞ-da qüvvədə olan qanunları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur", — deyə bəyanatın mətnində bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN