Amerikadan altı ölkə vətəndaşlarına viza məhdudiyyəti

Amerikadan altı ölkə vətəndaşlarına viza məhdudiyyəti

GünAz TV: Xəbərdə Qırğızıstan, Nigeriya, Eritreya, Myanma, Tanzaniya və Sudan vətəndaşlarının ABŞ-a viza üçün müraciət edə bilməyəcəkləri, viza püşkatmasında iştirak etmələrinin qadağan olunduğu bildirilib.

 

Administrasiya nümayəndəsi bildirib ki, qərar minimum təhlükəsizlik standartlarına cavab verməyən və ya qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün əməkdaşlıq etməyən ölkələrə münasibətdə təhlükəsizlik tədbirlərini sərtləşdirmək məqsədi daşıyır.

 

Qeyd edək ki, 2017-ci ildə ABŞ İran, İraq, Suriya, Liviya, Yəmən, Sudan, Somali və İraq vətəndaşlarına giriş qadağası tətbiq edib. 

 

Mənbə: Oxu.az

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN