Amerikadan ard-arda Türkiyə açıqlaması: "Əgər Rusiyadan..."

Amerikadan ard-arda Türkiyə açıqlaması:

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının üzvləri, Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərini aldığına görə ona sanksiya tətbiq edilməsini istəmir.

 

"Röyters” xəbər verir ki, bunu Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Risç açıqlayıb.

 

Sədr bildirib ki, senatorlar Ankara-Vaşinqton arasında baş qaldıran gərginliyə görə sanksiyaların tətbiqinin təxirə salınmasını arzu edir: "Ehtimal ki, sanksiya layihəsini indi səsverməyə qoymamaq daha yaxşıdır. ABŞ Ankara-Vaşinqton münasibətlərini baltalamaq istəmir. Lakin Türkiyəyə silah satışı davam etməyəcək. Prezident Ərdoğan S-400 almağa davam edərsə, sanksiyaların tətbiq ediləcəyi açıq şəkildə ortadadır”.

 

Respublikaçı senator Lindsi Qraham isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bu sözləri deyib: "Əgər S-400 məsələsinə həll tapa bilməsək, həm bölgə, həm də ABŞ üçün daha məqbul təhlükəsiz bölgə yaradılmasa, Nümayəndələr Palatasında qəbul edilən sanksiya qətnaməsinin bir versiyasını da Senata gətirəcəyik. Bu qətnamə də 95 səsi toplayacaq. Türkiyə-ABŞ münasibətlərinə zərbə endirəcək. Ümid edirəm, bu baş verməz. Amma baş verməsi Türkiyənin əlindədir”.

 

Qeyd edək ki, hər iki senator Ərdoğanın Ağ Evdəki görüşlərində iştirak edib. Lindsi Qraham Nümayəndələr Palatasında qəbul edilən erməni soyqırımı qətnaməsinin səsverməyə çıxarılmasını Ərdoğanla görüşdən sonra veto etmişdi.

 

F-35 embarqosu

ABŞ hökuməti S-400 hava hücumundan müdafiə sistemlərinə görə Ankaranı F-35 qırıcılarının istehsal proqramından uzaqlaşdırıb və satılan qırıcıların təhvilini dayandırıb.

Suriyadakı "Barış Pınarı” antiterror əməliyyatına görə isə Konqres üzvləri Türkiyəyə sanksiya tətbiq olunmasını ehtiva edən layihə hazırlamışdı. publika.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN