Amerikadan xəbərdarlıq: “İranın dəstəklədiyi yaraqlılar qırmızı xətti keçmək üzrədirlər”

Amerikadan xəbərdarlıq: “İranın dəstəklədiyi yaraqlılar qırmızı xətti keçmək üzrədirlər”

GünAz TV: Amerikalı yüksək çinli hərbçilərdən biri İranın dəstəklədiyi qruplaşmaların bu ölkənin İraqda mənzillənmiş hərbiçilərinin olduğu bazalara qarşı raket hücumlarına münasibət bildirib.

 

“Reuters” agentliyinin adını açıqlamadığı həmin rəsmiyə istinadən yaydığı məlumata görə, o qeyd edib ki, yaraqlılar qırmızı xətti keçmək üzrədirlər və bu, bütün tərəfləri hərbi qarşıdurmaya və kontrol edilə bilməyəcək mərhələyə sürükləyir.

 

O, xəbərdarlıq edərək bildirib ki, bu cür addımlar tərəflər arasındakı zidiyyətlərin xoşagəlməz məcralara doğru sürüklənməsinə yol açacaq. Rəsmi İranın dəstəklədiyi yaraqlıların bu cür provakativ əməllərdən əl çəkmədiyi təqdirdə, onlara kəskin cavab verəcəklərini əlavə edib.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə, eləcə də bu gün ABŞ hərbçilərinin Bağdad hava limanı ətrafında qərarlaşdıqları bazaya qarşı raket hücumları baş tutub. Amerikalı hərbçilər arasında təlafat qeydə alınmasa da, daha öncəki hücumlarda İraq təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı yaralanıb. Amerika raketlərin qalıqlarını və buraxılma yerlərini araşdırdığını və nəticənin onların İranın dəstəklədiyi yaraqlılar tərəfindən atıldığını bəyan edir.

 

İraqda şiə yaraqlıları “Həşdəş- Şəbi” adlanan qruplaşmanın tərkibində fəaliyyət göstərirlər. Ümumilikdə 40 qrup əsasında formalaşan “Həşdəş- Şəbi”də əksəriyyəti İranın maliyyələşdirdiyi yaraqlılar təşkil edir.         

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN