Amerikalı diplomat: “İran rejiminə qarşı beynəlxalq dəstək qazanmağa çalışacağıq”

Amerikalı diplomat: “İran rejiminə qarşı beynəlxalq dəstək qazanmağa çalışacağıq”

GünAz TV: Amerikanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1-ci Komitəsi yanındakı nümayəndəsi Robert Vud bildirib ki, komitənin növbəti toplantısında rəsmi Tehranın təxribatçı siyasətləri ilə mübarizə üçün dünya birliyinin dəstəyini qazanmağa səy göstərəcək.

 

Qeyd edilən toplantının baş tutması Rusiyanın bəzi diplomatlarına viza verilməməsi səbəbindən etdiyi etiraza görə təxirə düşüb. 1-ci Komitənin növbəti görüşündə BMT-yə üzv ölkələrdə sülh və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

 

Robert Vud  əlavə edib ki, müzakirələr zamanı İranın nüvə və raket proqramlarının region və dünyaya qarşı yaratdığı təhdidlərdən danışacaq və digər ölkələrin bu istiqamətdə dəstəyini qazanmağa çalışacaq.

 

O, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı baş tutmuş hücumu xatırladıb və bunun təkcə rəsmi Ər-Riyada qarşı deyil, bütün dünyaya qarşı həyata keçirilmiş hücum olduğunu deyib. Diplomat tanker və ticari gəmilərin “Sepah” terror təşkilatı tərəfindən qəsb edilməsinin də İran rejiminin digər təxribatlarından olduğunu vurğulayıb.

 

Robert Vud  gəmçinin İranın dəstəklədiyi qruplaşmalar tərəfindən həyata keçirilən terror hücumları, eləcə də rəsmi Tehranın husilər, Livan Hizbullahı, Həmas və digər bu kimi terror təşkilatlarına göstərdiyi dəstək narahatlıq doğurduğunu bəyan edib.

 

“İranın bədxah ölkə olduğunu göstərmək üçün başqa kifayət qədər misallar da mövcuddur”,- deyə diplomat fikrini tamamlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN