“Amerikalı diplomatları ölkədən xaric etməyəcəyik” - Vladimir Putin

“Amerikalı diplomatları ölkədən xaric etməyəcəyik” - Vladimir Putin

GümAz TV: Rusiya prezidenti Vladimir Putin deyib ki, rəsmi Moskva Rusiya kəşfiyyatının noyabrda keçirilən Amerika Birləşmiş Ştatları (ABŞ) prezident seçkilərinə müdaxilə etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq etməsinə cavab olaraq ABŞ diplomatlarını ölkədən xaric etməyəcək.

Bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

 

Bununla belə, V.Putin beynəlxalq praktikada Rusiyanın adekvat cavab üçün bütün əsaslarının olduğunu vurğulayıb: "Moskva cavab tədbirləri hüququnu özündə saxlayır, lakin “mətbəx diplomatiyası" səviyyəsinə enməyəcək."

 

Rusiya rəhbəri Barak Obama administrasiyasının qeyri-dostyana addımlarını “Rusiya-ABŞ münasibətlərinin gələcək korlanmasına istiqamətlənmiş təxribat” kimi xarakterizə edib.

 

Qeyd edək ki, dekabrın 29-da ABŞ prezidenti Obamanın imzaladığı sərəncama görə, 35 rusiyalı diplomatı ABŞ-dan çıxarılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN