Amerikalı general ərəb ölkələrini İran qarşısında birləşməyə çağırıb

Amerikalı general ərəb ölkələrini İran qarşısında birləşməyə çağırıb

GünAzTV: ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Jozef Votel, sentyabrın 12-də Küveytdə jurnalistlərə açıqlamasında İranın regionun sabitliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətindən danışaraq, ərəb ölkələrini İran təhdidi qarnşısında birliyə çağırıb.

 

O bildirib ki, bölgənin ərəb ölkələri öz aralarındakı ixtilafları bir kənara qoymalı, İranın regiondakı dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün birləşməlidirlər: “Bu gün regionun təhlükəsizliklə bağlı üzləşdiyi iki dözülməz təhdid bunlardır: İranın bölgənin sabitliyinə qarşı yönəlmiş dağıdıcı əməlləri və ekstremist terrorçu qruplaşmalar. Məhz buna görə də, hesab edirəm ki, biz ortaq milli təhlükəsizlik maraqlarımız üçün öz qabiliyyətlərimizi gücləndirərək bütövləşdirməli, bu mühüm məsələni hər zaman gündəmdə saxlamalıyıq”.

 

Qeyd edək ki, bölgənin ərəb ölkələri İran İslam Respublikasını, “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadı qüvvələri vasitəsilə Orta Şərq ölkələrinin, o cümlədən də İraq, Suriya, Livan, Yəmən və Bəhreynin daxili işlərinə qarışmaqda, bölgədə sabitliyi pozmaqda günahlandırırlar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN