Amerikalı general: “İran, bölgənin sabitliyinə qarşı ən böyük təhdiddir”

Amerikalı general: “İran, bölgənin sabitliyinə qarşı ən böyük təhdiddir”

GünAzTV: ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) , general Jozef Votel martın 9-da Senatın silahlı qüvvələr komitəsində çıxış edərək İranın region ölkələrinə qarşı təhdidindən və onun bölgənin sabitliyini pozmağa yönələn cəhdindən danışıb.

 

General Votel bildirib ki, ABŞ-ın Mərkəz Komandanlığı son 12 ayda bölgənin bir çox yerlərində, o cümlədən də İraqda, Suriyada, Yəməndə, Misirdə, Sina çölündə və Babülməndəb boğazında mühüm problemlərlə üz-üzə qalıb: “Biz, həm də İranın və ona bağlı cürbəcür qüvvə və qruplaşmaların regiondakı mənfi fəaliyyəti ilə üz-üzə qalmışıq. Şəxsən hesab edirəm ki, İran bölgənin sabitliyinə qarşı uzunmüddətli ən böyük təhdiddir.

 

İran, Suriya hökumətini qorumaq yolu ilə bu ölkənin şiələrindən öz hədəfləri uğrunda faydalanmağa çalışır. İran həmçinin regionun sabitliyini pozmaq yolu ilə bölgədə hegemonluğu ələ almağa cəhd göstərir. Bu isə yolverilməzdir”.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN