Amerikalı rəsmi: “Kinoya görə dini liderə gileylənən Zərif müzakirə üçün münasib adam deyil”- FOTO

Amerikalı rəsmi: “Kinoya görə dini liderə gileylənən Zərif müzakirə üçün münasib adam deyil”- FOTO

GünAz TV: İyulun 31-də Maliyyə Nazirliyinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etdiyini bəyan edən amerikalı rəsmi maraq doğuracaq açıqlamalar edib.

 

Adının açıqlanmadığı bu rəsmi bildirib ki, bir kinoda tənqid edilməsi səbəbindən “dini lider” Əli Xamneyiyə şikayət məktubu göndərən Zərif müzakirə aparmaq üçün münasib tərəf müqabili deyil.

 

O, Zərifə qarşı sanksiyaların qəbul edildiyi zaman bildirmişdi ki, ABŞ danışıqlar aparmaq üçün İranla rəsmi əlaqələr qurmalı olsa, söz sahibi və qərar vermək səlahiyyəti olan mühüm siyasi çöhrə ilə əlaqə qurmaq istəyir.

 

“Bu həftə xarici işlər naziri Məhəmməd Cavad Zərifin bir seriyalla bağlı dini liderə giley və şikayət dolu məktub göndərdiyilə bağlı məlumatlar yayılmışdı. Zərifin həmin seriyalda tənqid edilməsindən xoşu gəlməyib. Ona görə də, o, Birləşmiş Ştatların prezidentinin müzakirələr aparmaq üçün istədiyi adam deyil”- deyə rəsmi əlavə edib.

 

Xatırladaq ki, bir neçə gün öncə Zərif “dini lider” Əli Xamneyiyə məktub göndərərək, “Qando” adlı seriyalda “təhqir” olunmasından şikayətlənib.  

 

 

Yerli media orqanlarında yayılan məlumatlara əsasən, Xamneyi cavabında “mən sizə qarşı ən adi təhqirin yönəlməsinə belə razı deyiləm” deyib.

 

“Dini lider”in bu cavabı seriyalın axırıncı hissəsinin İran televiziyasında yayınlanmasından bir neçə həftə sonraya təsadüf edir.

 

Qeyd edilən 30 hissədən ibarət seriyal “Sepah” terror təşkilatına məxsus “Ouc” (Zirvə-red) adlı kinematoqrafiya təşkilatının dəstəyilə istehsal edilib. Seriyalda “Amerikanın ölkənin mühüm qərarlar qəbul edən orqanlarına sızmaq cəhdləri”ndən bəhs edilir.

 

Kinoda Amerikanın casusu kimi təqdim edilən qəhrəmanlardan biri üz quruluşu baxımından Zərifə oxşayır, lakin onun vəzifəsi xarici işlər nazirinin müavini kimi göstərilir.

 

Seriyal Həsən Ruhani hökumətinin və Xarici İşlər Nazirliyinin ciddi narazılığına səbəb olub. XİN-in mətbuat xidmətinin rəhbəri Abbas Musəvi iyulun 8-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “qalmışam nə deyim, bu seriyalda təqdim edilən hər bir şey reallıqdan uzaqdır”.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN