Amerikalı rəsmi: “Rusiya, Çin və İran tələbə göndərməklə, bizim məxfi məlumatları oğurlamağa çalışırlar”

Amerikalı rəsmi: “Rusiya, Çin və İran tələbə göndərməklə, bizim məxfi məlumatları oğurlamağa çalışırlar”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının “Miqrasiya və Gömrük İşləri üzrə İdarəsi”nin müvəqqəti rəhbəri deyib ki, Rusiya, Çin və İran kimi ölkələr ABŞ-a tələbə göndərib, onların vasitəsilə universitetlərdən Amerikanın hərbi və texnologiya sahələrinə aid məxfi məlumatları oğurlayırlar.

 

O qeyd edib ki, düşmən ölkələr tərəfindən tədqiqat işləri və ya təhsil adı altında Amerikanın məxfi məlumatlarını oğurlamağa cəhd halı reallıqdır.

 

Rəsminin sözlərinə görə, İran, Rusiya və Çin tələbələri Amerika universitetlərinə göndərməklə, bu ölkənin məxfi hesab edilən məlumatlarını əldə etməyə çalışırlar.

 

Hazırda ABŞ universitetlərində 11 min 323 iranlı tələbə təhsil alır. Onlardan 9 min 57 nəfər hazırda texnologiya, mühəndislik və riyaziyyat sahələrində oxuyur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN