Amerikalı rəsmilər İranın onlara qarşı tətbiq etmək istədiyi sanksiyaları ələ salıblar

Amerikalı rəsmilər İranın onlara qarşı tətbiq etmək istədiyi sanksiyaları ələ salıblar

GünAz TV: İran parlamentində amerikalı rəsmilərə qarşı sanksiya tətbiq etməyi nəzərdə tutan qanun layihəsinin müzakirə edilməsiylə bağlı xəbərlərə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və respublikaçı senator Ted Kruz münasibət bildirib.

 

Ted Kruz öz şəxsi “Twitter” səhifəsində yazdığı statusda İranın ona sanksiya tətbiq edəcəyi ilə bağlı xəbərləri ələ salaraq yazıb: “Lənət olsun! İndi həyat yoldaşım Heidi ilə Milad bayramı üçün nəzərdə tutduğumuz səfər proqramını dəyişməli olacağıq...”

 

Con Bolton Kruzun bu statusuna verdiyi reaksiyada yazıb: “Bu günə qədər İranın adını dünyanın ən gəzməli yerlərilə bağlı siyahılarda görməmişəm. İran terrorizmi dəstəkləməkdən əl çəksə və adi ölkə kimi davransa, o zaman bəlkə də insanlar İrana getmək istəyərlər.”

 

Yayılan xəbərlərə görə, İran Amerikanın maliyyə naziri Stiven Mnuçinə qarşı da sanksiya tətbiq etməyi planlaşdırır.

 

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti bu yaxınlarda İranın “dini lider”i Əli Xamneyi, xarici işlər naziri Məhəmməd Cavad Zərif və rejimin 7 yüksək rütbəli zabitinə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalamışdı.

 

İranın cavab olaraq amerikalı rəsmilərinə qarşı oxşar addımı atmaq istəməsi formal xarakter daşıyır. O, Amerika və onun rəsmilərinə qarşı beynəlxalq arenada heç bir məhdudiyyət yaratmayacaq.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN