Amerikalı senator: "Türk səfiri dərhal deport edilməlidir"

Amerikalı senator:

GünAz TV: «Amerikalı senator Con MakKein, Vaşinqtondakı Türkiyə Səfirliyi qarşısında prezident Ərdoğanın mühafizəçilərilə səfirlik qarşısında toplanan bir qrup nümayişçi arasında baş verən döyüşlə əlaqədar "Türk səfiri bu ölkədən göndərilməlidir" deyib».

 

 

9 nəfərin yaralandığı hadisələ əlaqədar MSNBC kanalına açıqlama verən MakKein sərt ifadələr işlədib:

 

"Türk səfirliyi önündəki bəzi kəslərin döyülməsi çox çirkin bir davranışdır. Türkiyənin Vaşinqton səfiri bu ölkəni tərk etməlidir. Bura Türkiyə deyil, bura bir üçüncü dünya ölkəsi də deyil. Bu cür davranışlar diplomatik, ya da başqa yollarla cavabsız qalmamalıdır. Bu kəslərin kim olduqları müəyyən olunub haqqlarında qanuni tədbirlər görülə bilər, amma əvvəlcə səfir ‘arzu olunmayan adam' elan edilməlidir. Bizim ölkəmizdə sülh nümayişlər qanunidir və bu keçirilən nümayişlər də qanuni idi. Bu insanları döyənlər siravi insanlar deyildi. Prezident Ərdoğanın mühafizəçiləri idi və bunun da nəticələri olmalıdır".

 

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN