Amerikalı sözçü: “İranın ballistik raketləri bizə və müttəfiqlərimizə qarşı bir təhdiddir"

Amerikalı sözçü: “İranın ballistik raketləri bizə və müttəfiqlərimizə qarşı bir təhdiddir

GünAzTV: ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabrın 31-də jurnalistlərə açıqlamasında İranın ballistik raketlərindənə toxunaraq “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfərinin Amerikanı raketlərlə təhdid etməsinə reaksiya verib.

 

Xanım Nauertin açıqlaması, Cəfərinin Amerikanı İran raketləri ilə təhdid etməsindən bir neçə saat sonraya təsadüf edib.

 

O bildirib ki, 2 min kilometrlik bir məsafəni qət edən İran raketləri, regionda Amerika və onun müttəfiqlərinin mənafeyini təhdid edir: “Hesab edirik ki, İran raketlərinin qət etdiyi bu məsafə olduqca çoxdur. Bu isə sözsüz ki, bizdən başqa, müttəfiqimiz olan digər ölkələrin də hədəfə alınması deməkdir. Hamı, o cümlədən də bizim bölgədəki müttəfiqlərimiz yaxşı bilir ki, İranın ballistik raketləri təkcə bizə yox, həm də regionda müttəfiqimiz olan bir çox ərəb ölkələrinə qarşı ciddi bir təhdiddir. Bu isə qəbuledilməzdir.

 

İranın istehsal etdiyi raketlər uzun müddət bölgədə müxtəlif böhranlar və çaxnaşmaların meydana çıxmasına səbəb olub. Bundan başqa, İranın ballistik raketlərinin istehsalı və istifadəyə verilməsi həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı zidd addımdır. Hesab edirik ki, İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməli, ona hörmətlə yanaşmalıdır”.

 

 

“Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri, oktyabrın 31-də jurnalistlərə açıqlamasında ölkə raketlərinin gücündən və onların qət edə bildiyi maksimum məsafədən danışıb: “Ölkənin dini liderinin göstərişinə əsasən, qərara almışıq ki, raketlrimiz ən azı 2 min kilometrlik məsafəni qət edə bilsin. Hesab edirik ki, raketlərimizin bu qədər məsafəni qət edə bilməsi, hələlik  bizim üçün kifayətdir. Çünki amerikalılar ölkəmizdən 2 min kilometr aralıdadır və biz hücuma məruz qaldığımız hər bir zaman onlara layiqli cavab verə biləcəyik”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN