Amerikanın 5-ci donanmasının komandanı: “Lazım gələrsə, təyyarə daşıyan gəmi Hörmüz boğazına ezam ediləcək”

Amerikanın 5-ci donanmasının komandanı: “Lazım gələrsə, təyyarə daşıyan gəmi Hörmüz boğazına ezam ediləcək”

GünAz TV: Amerikanın Bəhreyndə mənzillənmiş 5-ci donanmasının komandanı, admiral Ceyms Malloy “Reuters” agentliyinə müsahibə verib.

 

O bildirib ki, ABŞ xüsusi xidmət orqanlarının İran təhdidi ilə bağlı əldə etdiyi kəşfiyyat məlumatlarına dayanaraq, lazım gəldiyi təqdirdə, “USS Abraham Linkoln” gəmisi Hörmüz boğazına göndəriləcək. Lakin Admiral İrana qarşı hərbi əməliyyatların başlayıb- başlamayacağı ilə bağlı heç bir məlumat verməyib.

 

Xatırladaq ki, ABŞ-ın Yaxın Şərqə göndərdiyi Abraham Linkoln təyyarə daşıyan gəmisi mayın 9-da Süveyş kanalından keçid edib. Onun bu günlərdə Amerikanın 5-ci donanmasının nəzarətində olan hərbi dəniz qüvvələrinə qoşulacağı gözlənilir. Dünən isə artıq B-52 tipli strateji bombardımançı təyyarələrin Qətərin “Əl-Üdeyd” hərbi bazasında eniş etdiyi barədə xəbərlər yayılıb.

 

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu addımların İrana açıq mesaj vermək xarakteri daşıdığını bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN