Amerikanın BMT-dəki səfiri: "Əsədin cinayətlərinə Rusiya və İran şərait yaradır"

Amerikanın BMT-dəki səfiri:

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Suriya rejiminin törətdiyi bütün dəhşətləri etiraf etməyə çağırıb.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Nikki Heyli deyib. “Öz qəddar hərəkətlərinə görə əsas məsuliyyəti Əsəd özü daşıyır. Lakin onun müttəfiqləri olan İran və Rusiyanın üzərinə də ağır yük düşür. Rəsmi Tehran və Moskva şərait yaradırlar ki, Əsəd insanları oğurlayıb işgəncə versin, məhkəməsiz öldürsün, "çəllək" bombaları və kimyəvi silahdan istifadə edərək hava zərbələri endirsin. Digər ölkələr Suriya rejiminin törətdiyi dəhşətləri etiraf edir. Artıq Rusiyanın bu ölkələrin sırasına qoşulmaq vaxtı çatıb”, - deyə N. Heyli bəyan edib.

 

Qeyd edək ki, ABŞ Suriya rejimini paytaxt Dəməşq yaxınlığında krematoriya (cəsəd yandırılan bina) yaratmqda ittiham edib. ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi vəzifələrini icra edən Stüart Conc bildirib ki, krematoriya öldürülmüş əsirlərin meyitlərinin yandırılması üçün istifadə olunur. Rəsmi Vaşinqtonun məlumatına əsasən Dəməşq yaxınlığındakı Saednaya həbsxanasında son illər ərzində minlərlə insan asılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN