Amerikanın hərbi gəmisi 4 “Sepah” qayığına xəbərdarlıq atəşi açıb

Amerikanın hərbi gəmisi 4 “Sepah” qayığına xəbərdarlıq atəşi açıb

GünAzTV: Amerikanın İran körfəzindəki bir hərbi gəmisi yanvarın 8-də “Sepah”ın 4 qayığına qarşı xəbərdarlıq atəşi açıb. Bu barədə Amerikanın bölgədəki dəniz qüvvələri məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Amerikanın Hörmüz boğazındakı hərbi gəmisi, 4 “Sepah” qayığına, onun radio mesajlarına cavab vermədən gəminin 800 metrliyinə qədər yaxınlaşdıqdan sonra xəbərdarlıq atəşi açıb. Qeyd olunur ki, xəbərdarlıq atəşindən sonra “Sepah” qayıqları hərbi gəmidən uzaqlaşıblar.

 

Qeyd edək ki, son aylar “Sepah” qayıqları bir neçə dəfə, İran körfəzində hərəkət edən Amerikanın hərbi gəmilərinə yaxınlaşaraq onları təhrik etməyə və onların mümkün reaksiyasını öyrənməyə çalışıblar. Lakin, hər dəfə ciddi xəbərdarlıq aldıqdan sonra sürətlə məntəqəni tərk etmək məcburiyyətində qalıblar.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN