Amerikanın Nümayəndələr Palatası və Senatında İran mövzusunda məxfi görüş keçirilib

Amerikanın Nümayəndələr Palatası və Senatında İran mövzusunda məxfi görüş keçirilib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası mayın 21-i keçirilmiş məxfi görüşdə İran haqqında kateqoriyalaşdırılmış kəşfiyyat məlumatlarını müzakirə edib.

 

Bu toplantıda Dövlət Departamentinin rəhbəri Mayk Pompeo, Müdafiə Nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan, ABŞ ordusunun Baş Qərargah rəisi, general Cozef Danford də iştirak edib. Onların Palata üzvlərinə rəsmi Vaşinqtonun İranla müharibə başlatmaq niyyətində olmadığı, əksinə, bu ölkənin Amerika mənafeyinə qarşı mümkün hücumlarının qarşısını almaq üçün son addımları atdığını izah etdikləri deyilir.

 

Nümayəndələr Palatasının xarici siyasət komitəsinin respublikaçı üzvü Maykl Makkul görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Amerika regionda (Yaxın Şərq-red.) yeni müharibə başlatmaq istəmir. Vaşinqton yalnız İranın təcavüzkar siyasətinin qarşısını almaq üçün addımlar atır.

 

Mayk Pompeo, Patrik Şanahan və general Cozef Danford bu iclasdan sonra axşam saatlarında Senatda bağlı qapılar arxasında keçirilən digər görüşdə iştirak ediblər.  

 

Aparılmış müzakirələrin detalları açıqlanmasa da, “Reuters” agentliyi senatorlara istinadən məlumat yayıb ki, görüş zamanı rəsmilər onlara BƏƏ yaxınlığında gəmilərə, eləcə də Səudiyyə Ərəbistanında neft kəmərinə qarşı həyata keçirilmiş hücumların göstərişinin birbaşa olaraq Tehrandan, daha dəqiq desək, bu ölkənin “dini lideri” Əli Xamneyidən gəldiyini deyiblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN