Amerikanın yeni Energetika naziri bəlli oldu

Amerikanın yeni Energetika naziri bəlli oldu

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) istefa verən Rik Perrinin əvəzinə Energetika naziri vəzifəsinə Den Bruyett təyin olunub.

 

Bruyettin namizədliyini ABŞ senatı dəstəkləyib.

 

Palatanın 100 üzvündən 70-i Bruyettin nazir postuna gətirilməsinin lehinə səs verib.

 

Xatırladaq ki, Energetika naziri vəzifəsindən istefa verən Rik Perrinin bundan sonra əvvəllər qubernatoru olduğu Texas ştatında fəaliyyətinə davam edəcəyi bildirilir. Oxu.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN