Angela Merkel: “Neft tankerlərinə hücumların arxasında İranın durduğu barədə çoxlu dəlil-sübutlar var”

Angela Merkel: “Neft tankerlərinə hücumların arxasında İranın durduğu barədə çoxlu dəlil-sübutlar var”

GünazTV: Almaniya kansleri Angela Merkel iyunun 18-də jurnalistlərə açıqlamasında Oman dənizində iki neft tankerinə hücumdan və İranın həmin hücumlardakı rolundan danışıb.

 

Almaniya hökumətinin regionda İranla Amerika arasında yaşanan çaxnaşma və böhranın sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirəm Merkel deyib ki, onun hökuməti Vaşinqtonun islam respublikasının həmin hücumların arxasında olması ilə bağlı iddialarını ciddiyə alır: “Neft tankerlərinə hücumların arxasında İranın durduğu barədə çoxlu dəlil-sübutlar var. Lakin buna baxmayaraq, mən bu barədə qəti mövqe tutmuram və hesab edirəm ki, məsələ hərtərəfli araşdırılmalıdır.

 

Biz bu böhranın danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Biz mütəmadi olaraq Amerika rəsmiləri ilə əlaqə saxlayır, gücümüzdən faydalanaraq bu çaxnaşmada üz-üzə duran hər iki tərəfə təsir göstərməyə çalışırıq.

 

Qərbin Tehranla imzaladığı nüvə sazişinə gəlincə,  hesab edirik ki, İran bu razılaşmaya sadiq qalmalıdır. Bizim İrana təzyiqimiz də məhz buna görədir. Əgər İran nüvə razılaşmasına sadiq qalmasa, sözsüz ki, bunun ona xoşagəlməz fəsadları olacaq” –deyə Almaniyanın kansleri Angela Merkel vurğulayıb.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, bu olayda əli olduğunu təkzib edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN