Ankaradan Vaşinqtona sərt XƏBƏRDARLIQ

Ankaradan Vaşinqtona sərt XƏBƏRDARLIQ

GünAz TV: Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ və prezident Ərdoğanın mətbuat katibi İbrahim Kalın Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmilərinin son açıqlamalarına sərt reaksiya veriblər.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) Suriya sərhədlərində təhlükəsizlik güclərini artırmaqla "odla oynayır".

 

Bu sözləri baş nazirin müavini Bəkir Bozdağ bildirib.

 

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə bildirib ki, “ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək.”

 

ABŞ-ın rəhbərlik etdiyi koalisiya bazar günü Suriya sərhədlərinə 30 minlik şəxsi heyətdən ibarət yeni qoşun yerləşdirib. Türkiyə onların PKK terrorçularını dəstəklədiklərini iddia edir.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN