"Aş-Şabab" Somalidə partlayışa görə məsuliyyəti üzərinə götürüb

GünAz TV: "Aş-Şabab" radikal qruplaşması Somalinin paytaxtı Moqadişoda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

 

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Qruplaşma nəzarət-buraxılış məntəqəsində bombanın öz silahlıları tərəfindən törədildiyini bildirib.

 

"Partlayış Türkiyə və Somali qüvvələrinin karvanına qarşı yönəldilib və böyük itkilərə səbəb olub", - deyə "Aş-Şabab"ın mətbuat katibi Əli Mohamud Raqe bildirib.

 

Daha əvvəl bildirilirdi ki, Somalinin paytaxtında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 90-dan çox insan həlak olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN