Asimə Cahangir: “İran hökuməti həbsdə saxladığı 53 məhbusun durumu ilə bağlı nigaranlıqları aradan qaldırmalıdır”

Asimə Cahangir: “İran hökuməti həbsdə saxladığı 53 məhbusun durumu ilə bağlı nigaranlıqları aradan qaldırmalıdır”

GünAzTV: BMT-nin İranda insan haqları üzrə xüsusu nümayəndəsi Asimə Cahangir, avqustun 31-də bəyanat yayaraq Kərəcin Rəcayişəhr zindanında ağır şəraitdə həbsdə saxlanılan 53 siyasi və vicdan məhbusunun durumu ilə bağlı yayılan məlumatlardan narahatlığını bəyan edib.

 

Bəyanatda bildirilir ki, həbsxanada təhlükəsizlik qüvvələri tərəfindən idarə olunan yeni korpusa köçürülən həmin məhbuslara qarşı təzyiq və məhdudiyyətlər gücləndirilib və onlardan 20-si mövcud vəziyyətə qarşı etiraz əlaməti olaraq bir aydan çoxdur aclıq aksiyası keçirir: “Məhbuslar daha ağır şəraiti olan yeni korpusa köçürüldükdən sonra onlara qarşı məhdudiyyətlər gücləndirilib. Yeni korpusda, onlar açıq havaya çıxarılmaqdan məhrum edilib. Məhbuslar ventilatorların zəif işləməsindən, şəxsi vəsaitlərinin onlara qaytarılmamasından, onlara münasib geyim verilməməsindən və xəstələrə dava-dərmanın çatdırılmasına qoyulan qadağalardan  əziyyət çəkirlər.

 

Məhbuslardan 15-i bəhaidir. Bizə çatan məlumatlara əsasən həbsxananın yeni korpusuna köçürüldükdən sonra onlara və digərlərinə qarşı zorakılıq tətbiq edilib, döyülərək işgəncəyə məruz qoyulub. Bundan başqa, vəkildən və tibbi müalicədən məhrum edilən məhbusların öz ailələri ilə əlaqə saxlamasına qoyulan məhdudiyyətlər bizi ciddi narahat edir.

 

Hesab edirik ki, İran İslam Respublikası hökuməti həmin 53 siyasi məhbusa qarşı tətbiq etdiyi təzyiq və məhdudiyyətlərə son qoymalı, dünya ictimaiyyətinin onların indiki durumu ilə bağlı nigaranlığını aradan qaldırmalıdır”.

 

A.M

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN