Asimə Cahangir: “İrandakı edamlar, həbslər və insan hüquqlarının kobud şəkildə pozulması ciddi nigaranlığa səbəb olub”

2017-10-26 13:28

GünAzTV: BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Asimə Cahangir, oktyabrın 25-də cari ilin ilk 6 ayında İranda insan hüquqlarının acınacaqlı durumu ilə bağlı növbəti hesabat yayıb.

 

Hesabatda bildirilir ki, son altı ayda İranda edamlar və həbslərin artması, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ciddi nigaranlığa səbəb olub: “Təəssüflər olsun ki, 2017-ci ilin ilk yarısında İranda edamlar, işgəncələr, yeniyetmələrin edam olunması, hüquq müdafiəçilərinin təzyiq və təqiblərə məruz qoyulması, qadınlara, dini və etnik azlıqlara və əqidə məhbuslarına qarşı repressiyalar davam edib. Həmin müddətdə ən azı 4 yeniyetmə müxtəlif ittihamlara görə edam edilib, 86 yeniyetmə isə hazırda öz edamını gözləyir.

 

Həmçinin jurnalistlərin dövlət qurumlarına çağırılaraq təhdid olunması və ikili vətəndaşlığı olanların özbaşına olaraq həbs salınması barədə bizə məlumatlar daxil edilir. Dini və etnik azlıqlara mənsub fəalların tutularaq işgəncəyə məruz qoyulması, ötən iyun ayından bəri ən azı 14 jurnalist və sosial şəbəkə fəalının həbsi və bəzi müttəhimlərin qisas adı ilə kor edilməsi və hansısa bir bədən üzvünün kəsilməsi halları bizi narahat edən digər ciddi məsələlərdəndir.

 

Bunlardan başqa BBC televiziyasının fars redaksiyasında işləyənlərin İrandakı ailələrinə təzyiqlərin artması, onların ölkədəki daşınan və daşınmaz əmlakına həbs qoyulması, məcburi hicab qaydalarına riayət etməyən qadınlara qarşı hədə-qorxuların artması və həbs edilən dinc müxaliflərdən işgəncə altında yalançı etirafların alınması halları, İranda insan haqlarının kobud şəkildə pozulmasının digər nümunələrindəndir. Bu isə qəbuledilməzdir.

 

Hesab edirik ki, İran hökuməti yuxarıda sadalanan ölkə vətəndaşlarına qarşı edamlar, işgəncələr, həbslər, repressiyalar və digər təzyiq üsullarına son qoymalı, dini və milli azlıqların, jurnalistlərlə hüquq müdafiəçilərin, qadınların və dinc fəalların hüquqlarına hörmətlə yanaşmalıdır”.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: “Coronovirus dünya insanı ilə hələ bir neçə il qala bilər”

2020-08-03

gun az article

İranda daha 2598 koronavirusa yoluxub, 215 nəfər vəfat edib

2020-08-03

gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01