Associated Press: “İranın “Adrian Dərya 1” neft tankeri Türkiyəyə istiqamət götürüb”

Associated Press: “İranın “Adrian Dərya 1” neft tankeri Türkiyəyə istiqamət götürüb”

GünazTV: “İranın “Adrian Dərya 1” (keçmiş adı “Grace 1”) neft tankeri Türkiyəyə istiqamət götürüb”.

 

Bu barədə “Associated Press” agentliyi avqustun 24-də məlumat yayıb. Yayılan məlumata əsasən, İran tankerinin ekipaj heyətinin üzvləri Türkiyənin Mersin limanına doğru istiqamət götürdüklərini bildiriblər.

 

Beynəlxalq gəmilərin hərəkət istiqamətini izləyən “MarineTraffic.com” internet saytı isə yaydığı xəbərdə İran tankerinin hazırda Aralıq dənizində İtaliyanın Siciliya adasının cənubunda olduğunu açıqlayıb.

 

Türkiyə hökumətinin “Adrian Dərya 1” neft tankerini Mersin limanına buraxıb-buraxmayacağı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəlüttariq hökumətinin rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar. Neft tankeri 45 gün Cəbəlüttariqdə saxlandıqdan sonra avqustun 15-də azad edilib.

 

“Adrian Dərya 1”in yenidən saxlanılmasını tələb edən Amerika Federal Məhkəməsi isə digər ölkələrə xəbərdarlıq edərək, onları ran tankerini qəbul etməməyə və ona yardım göstərməməyə çağırıb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN