Aviqdor Liberman: “İranın Suriyadakı bütün hərbi təsisatlarını məhv etmişik”

Aviqdor Liberman: “İranın Suriyadakı bütün hərbi təsisatlarını məhv etmişik”

GünAzTV: Mayın 10-da Tel-Əvivin yaxnlığında keçirilən Hertsiliya təhlükəsizlik konfransında çıxış edən İsrailin müdafiə naziri Aviqdor Liberman, İranın Suriyadakı hərbi bazalarının hədəfə alınmasından danışıb.

 

Liberman bildirib ki, “Sepah”ın “Qüds” qanadı qüvvələrinin Colan yüksəkliklərinə və İsrail ərazisinə qarşı həyata keçirdiyi raket hücumuna cavab olaraq, İsrail ordusu İranın Suriyadakı bütün hərbi bazalarını məhv edib: “İran İslam Respublikası İsrail ərazilərini raket atəşinə tutmaqla bölgədə oyun qaydalarını dəyişməyə çalışır. Lakin İran bilməlidir ki, əgər İsraildə yağış yağsa, onlara sel gələcək.

 

İranın İsraildən intiqam almaq cəhdi məğlubiyyətə uğrayıb və bizim hərbi qüvvələrimiz mayın 10-u sübh saatlarında İranın Suriyadakı hərbi təsisatlarına və “Sepah” mövqelərinə ən ağır zərbələr endiriblər. Bununla da demək olar ki, biz İranın Suriyadakı bütün hərbi təsisatlarını məhv etmişik. İsrail çaxnaşmanın gücləndirilməsinin tərəfdarı deyil. Ümid edirəm ki, bununla da hər şey bitmiş olacaq və hamı bu cavab zərbələrinin mesajını dərk etmiş olacaqlar”.

 

Suriyanın müstəqil mənbələrinin bildirdiyinə görə, İsrailin mayın 10-da Suriyada İranın hərbi bazalarına qarşı hava hücumunda ən azı 23 nəfər həlak olub. Öldürülənlərdən neçəsinin “Sepah” qüvvələrindən olub-olmaması açıqlanmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN