Aviqdor Liberman: “İranlıların Suriyada öz mövqelərini gücləndirməsi qarşısında sakit qalmayacağıq”

Aviqdor Liberman: “İranlıların Suriyada öz mövqelərini gücləndirməsi qarşısında sakit qalmayacağıq”

GünAzTV: İsrailin müdafiə naziri Aviqdor Liberman avqustun 24-də jurnalistlərə açıqlamasında “Sepah”ın Suriyadakı fəaliyyətlərindən və İranın bu ölkədə öz nüfuzunu genişləndirməyə cəhdindən danışıb.

 

Libermanın bu açıqlaması, İsrailin baş naziri Benyamin Netanyahunun Moskvaya səfərindən və onun Rusiya prezidenti Vladimir Putinlə məsələ ilə bağlı danışıqlar aparmasından bir gün sonraya təsadüf edib.

 

İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, rəsmi Tel-Əviv İranın Suriyada öz mövqeyini gücləndirməsi qarşısında sakit qalmayacaq: “İran İslam REspublikası “Sepah” vasitəsilə İsrailin ətrafıında hərbi hava-dəniz bazaları yaratmaqla bizi bölgədə yeni bir gerçəklilklə üz-üzə qoymağa çalışır. Lakin biz bununla barışmayacağıq. İsrail özünün milli təhlükəsizliyini qoruyub təmin etmək üçün bu günə qədər həmişə öz ayağı üstdə durub və heç vaxt bu işdə xaricilərə güvənməyib. Yəqin ki, bu dəfə də belə olacaq. Biz qətiyyətlə bildiririk ki, bizim İranın təhdidləri qarşısında bütün seçimlərimiz masa üzərindədir. Biz, iranlıların İsrail sərhədlərinə yaxınlaşmasının qarşısını almaq üçün əlimizdən gələni edəcək, bu yolda lazım olan addımı atacağıq”.

 

 

Qeyd edək ki, iki gün əvvəl Moskvaya səfər edən Benyamin Netanyahu Rusiya prezidenti Valadimir Putinlə görüşündə İranın ölkəsinə qarşı daimi təhdidindən danışıb. O bildirib ki,  “Sepah”ın Suriyada hərbi fəaliyyətinə son qoyumaq lazımdır: “Hesab edirəm ki, regionda növbəti müharibələrin qarşısını almaq üçün İranın hərbi qüvvələri Suriyadan çıxarılmalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN