Aviqdor Liberman: “Orta Şərqin üz-üzə qaldığı ən mühüm problem İrandır, İrandır və yenə də İrandır”

Aviqdor Liberman: “Orta Şərqin üz-üzə qaldığı ən mühüm problem İrandır, İrandır və yenə də İrandır”

GünAzTV: Fevralın 19-da dünyada sabitliyin qorunub saxlanılması məqsədilə bir çox ölkələrin rəhbərləri və hökumət başçılarının iştirakı ilə Almaniyanın Münhen şəhərində keçirilən 53-cü Təhlükəsizlik Konfransında çıxış edən İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Orta Şərq ölkələrinə qarşı təhdidindən danışıb.

 

Amerika pezidenti Donald Trampla son görüşündə region məsələlərini müzakirə etdiyini bildirən İsrailin müdafiə naziri İrana qarşı sərt bəyanatlar səsləndirərək deyib ki, Vaşinqtonla Tel-Əvivin bir sıra regional təhükələrlə bağlı nəzəri və mövqeyi üst-üstə düşür: “Bu gün, Orta Şərqin üz-üzə qaldığı ən mühüm problem İrandır, İrandır və yenə də İrandır. Orta Şərqin üz-üzə qaldığı əsas problemlərin biri İranın nüvə proqramı, rəsmi Tehranın raket sənayesini genişləndirməsi və bütün Orta Şərq bölgəsinə öz silah-sursatını göndərməsidir. İran, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşır, Şimali Koreya ilə raket istehsalı sahəsində əməkdaşlıq edir. Bundan başqa, İranın ötən il buraxdığı raketlərin üzərində ivrit dilində “İsrail yer üzündən silinməlidir” şüarı yazılıb. Bu isə beynəlxalq qanunlara qarşı zidd addımdır.

 

İran həmçinin bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışır, onları, o cümlədən də Səudiyyə Ərəbistanını təhdid edir, onun sabitliyini təhlükə ilə üz-üzə qoyur. İranın əsas hədəfi isə, regionda radikal və ekstremist qüvvələrə dəstək verməklə Səudiyyə Ərəbistanını və onun regional mövqeyini zəiflətməkdir. Bu gün Orta Şərq ölkləri arasında əsas ixtilaf, müsəlmanlarla yəhudilərin bir-biri ilə ziddiyyəti və ixtilafı deyil, mötədillərlə ekstremistlər arasındakı ziddiyyət və ixtilafdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, regionda mötədil siyasət yürüdən sünni məzhəbli ərəb ölkələri İranın bölgədəki ambissiyalarından ehtiyatlı olmalı, İran təhdidinin qarşısını almaq üçün İsraillə birləşməlidirlər”.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN