Avropa İttifaqı "Brexit" üzrə təkrar danışıqlardan imtina edib - VİDEO

Avropa İttifaqı

GünAz TV: Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmağa dair sövdələşmənin şərtləri ilə bağlı danışıqları bərpa etmək təklifindən imtina edib.

 

"Report" xəbər verir ki, bu barədə Aİ-nin "Brexit" sammitində edilən bəyanata istinadən TASS məlumat yayıb.

 

Bununla belə sənədin tərtibatçıları qeyd ediblər ki, Aİ "Brexit"dən sonra Britaniya ilə "sıx" əlaqələr qurmaq niyyətindədir.

 

"Reuters" yazır ki, Aİ nümayəndələri Britaniyanın baş naziri Tereza Meyə ölkə Aİ-dən çıxdıqdan sonra saziş üzrə danışıqları davam etdirəcəklərinə dair vəd veriblər. Tərəflərin 2021-ci ilə qədər yekun qərara gələcəkləri gözlənilir. Şimali İrlandiyanın İrlandiya ilə sərhədi mübahisəli məsələlərdən biri olaraq qalır.

 

Bundan əvvəl Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN