Avropa İttifaqı: “İran rəsmiləri son etirazlarda qətlə yetirilənlərin sayını elan etməlidir”

Avropa İttifaqı: “İran rəsmiləri son etirazlarda qətlə yetirilənlərin sayını elan etməlidir”

GünazTV: Avropa İttifaqının xarici siyasət üzrə yeni komissarı Joseph Borrell dekabrın 8-də bəyanat yayaraq İran rejiminin son etirazlarda dinc etirazçılara qarşı misli görünməmiş zorakılığını pisləyib.

 

O deyib ki, İran rəhbərlərinin dinc etirazçılara qarşı qəddarlıq nümayiş etdirməsi qəbuledilməzdir: “Hesab edirik ki, İran rejimi son etirazlarda öldürülənlərlə bağlı şəffaf davranmalı, qətlə yetirilənlərlə həbs edilənlərin sayını açıqlamalıdır. Son həftələr İranın müxtəlif şəhər və bölgələrində çoxlu insan özünün sərbəst toplaşmaq ilkin hüququndan istifadə edərək, küçələrə axışıb iqtisadi baxımdan narazılıqlarını bildirdilər. Lakin təəssüflər olsun ki, mövcud dəlil-sübutlara əsasən İranın təhlükəsizlik qüvvələri dinc etirazçıların cavabını zorakılıqla verərək çoxlu sayda insanın qətlə yetirilməsinə və yaralanmasına yol açdılar.

 

Bir daha bildiririk ki, Avropa İttifaqına üzv ölkələri üçün İran rejiminin dinc etirazçılara qarşı zorakılığa əl atması qəbuledilməzdir. Həmçinin hesab edirik ki, İran rejiminin ölkədə baş verən etirazlar zamanı interneti bir həftə kəsməsi və azad informasiya mübadiləsinin qarşısını alması  söz və ifadə azadlığını pozmaqdan başqa bir şey deyil və bu kimi hallar bizim üçün qəbuledilməzdir. Biz İran rejiminin bu rəftarını pisləyir, rəsmi Tehrandan həbs edilənlərin dərhal azadlığa buraxılmasını və insanlara qarşı zorakılıq nümayiş etdirən şəxslərin isə məsuliyyətə cəlb olunmasını tələb edirik” –deyə, Avropa İttifaqının xarici siyasət üzrə yeni komissarı Joseph Borrell əlavə edib.  

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar.  

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN