Avropa İttifaqı İranla bağlı təcili toplantı keçirəcək

Avropa İttifaqı İranla bağlı təcili toplantı keçirəcək

GünAz TV: Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər nazirləri cari həftənin cümə günü İranın son nüvə qərarı ilə bağlı təcili iclas keçirəcəklər.

 

Avropalı diplomatlardan birinin Reuters agentliyinə dediklərinə əsasən, Aİ hələ ki, rəsmi Tehranın nüvə razılaşmasını tərk etməklə bağlı son qərarına hansı reaksiyanı verəcəyi xüsusunda qərar qəbul etməyib. Ola bilər ki, “tətik mexanizmi”nə müraciət edilsin.

 

Nüvə razılaşmasının 37-ci maddəsinə daxil edilmiş “tətik mexanizmi”ndə fikir ayrılıqları yarandığı və ya tərəflərdən birinin razılaşmanın müddəalarını pozduğu təqdirdə, digər tərəflərin müştərək komissiya təşkil etməsi nəzərdə tutulur. Komissiya ixtilafları həll edə bilməsə, məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edilir.

 

TŞ isə öz növbəsində 30 gün ərzində öhdəliyi pozan tərəfə qarşı sanksiyaların bir müddətlik təxirə salınmasına səs verməsə, sanksiyalar avtomatik olaraq qüvvəyə minməlidir.

 

Diplomat sonda qeyd edib ki, Avropa İttifaqı İranın öz nüvə öhdəliklərini dayandırmaqla bağlı atdığı son, yəni 5-ci addıma qəti cavab verməyə qərarlıdır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN