"Avropa İttifaqının Brexitə davranışı qəbuledilməzdir" - T.Mey

GünAz TV: İngiltərənin baş naziri Tereza Mey (Theresa May) Avropa İttifaqının Brexit müzakirələrində ölkəsinə hörmətli davranış istəyib.

 

Zalsburqdakı (Salzburg) Aİ Sammitindən qayıtdıqdan sonra Baş Nazirlikdə verdiyi açıqlamada T.Mey deyib: “İngiltərənin Brexitə qarşı “Chequers” planını rədd edən ittifaq üzvü ölkələrin liderləri hər hansı alternativ təklif etmədi. Brexit danışıqlarında son mərhələyə gəlindi, amma Avropa İttifaqının davranışı qəbuledilməzdir. Biz Brexit referendumunun nəticəsini əksinə çevirməyəcək və ölkəni parçalamayacağıq.”

 

Qeyd edək ki, Tereza Meydən əvvəl BBC-yə açıqlama vermiş İngiltərənin Brexit üzrə naziri Dominik Raab da Aİ liderlərinin danışıqlardakı ciddiliyi mühakimə etmişdi.

 

Xatırladaq ki, Aİ Şurasının sədri Donald Tusk “İngiltərənin Brexit planı işə yaramaz" demiş, ticarət və İrlandiya sərhədi məsələlərində Böyük Britaniya ilə fikir ayrılıqlarının davam etdiyini söyləmişdi. 

 

Qeyd edək ki, İngiltərə 2019-cu ilin 29 mart tarixində Aİ-dan ayrılacaq. Ancaq London və Brüssel arasındakı müzakirələrdə hələ razılığa gəlinməyib. İngiltərə hökuməti iyul ayında “Chequers” planı ilə Aİ-dən ayrılma strategiyasını müəyyənləşdirib və təqdim edib. Sözügedən plan İngiltərə və Avropa İttifaqı arasında malların sərbəst hərəkətinin təmin olunmasını nəzərdə tutur. Aİ-nin tərəfdaş bazarı isə yalnız malların deyil, şəxslərin, xidmətlərin və kapitalın da sərbəst hərəkətini əhatə edir. Planda Aİ üzvü İrlandiya respublikası və Şimali İrlandiya arasındakı sərhəd ticarəti ilə bağlı fikir ayrılıqları da aradan qaldırılmayıb. TRT

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN