Avropa ölkələri nüvə öhdəliklərini azaltmasına görə İrana xəbərdarlıq ediblər

Avropa ölkələri nüvə öhdəliklərini azaltmasına görə İrana xəbərdarlıq ediblər

GünAz TV: Almaniya, Böyük Britaniya, Fransa və Avropa İttifaqı İrana nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə xəbərdarlıq ediblər.

 

Hər 3 ölkənin Xarici İşlər naziri və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin birgə yaydığı bəyanatda İranın Fordo təsisatında uranı 2015-ci il razılaşmasında nəzərdə tutulmuş həddən yuxarı faizdə zənginləşdirməyə başladığı və MAGATE-nin 11 noyabr tarixli hesabatında bunu təsdiqlədiyi qeyd edilib. Rəsmilər bəyanatda bu məsələyə görə dərin narahatlıq keçirdiklərini rəsmi Tehranın diqqətinə çatdırıblar.

 

Hər 3 ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc edilən bəyanatda İranın 4-cü addımının nüvə razılaşması müddəalarını açıq-aşkar pozan amil kimi dəyərləndirilib və bunun nüvə silahlarının yayılmasının qarşısının alınması siyasətinə uyğun olaraq, gözlənilməz nəticələrinin olacağı vurğulanıb.

 

Bəyanatda İran nüvə öhdəliklərini azaltmaq istiqamətində uranın zənginləşdirilməsi dərəcəsi və depolanması xüsusunda qəbul edilmiş məhdudiyyətlərin də pozulması ilə müşayiət edilən atdığı bütün addımları dayandırmağa və yenidən öhdəliklərinə tamamilə əməl etməyə çağırılır.

 

Aİ ölkələri həmçinin İranın MAGATE ilə lazımi qaydada əməkdaşlıq etməməsini, eləcə də qurumun qadın müfəttişini qısa müddətlik həbs edib, daha sonra ölkədən deportasiya etməsini kəskin qınayıblar. Tərəflər bu xüsusda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin haqlı mövqeyinə dəstək nümayiş etdiriblər.

 

Aİ-nin bəyanatının yayılması ilə eyni zamanda İranın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi İshaq Al-Həbib ölkəsinin tələbləri yerinə yetirilmədiyi təqdirdə, hər ötən 60 gün ərzində öz nüvə öhdəliklərini azaldacağını bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN